10 dekabr 2010 12:23
Haci: Arda Riberidən daha yaxşı oyunçudur
Galatasray`ın baş məşqçisi George Haci, komandasının ulduz oyunçusu Arda Turan`ı tərifləyib. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis onu hətta Fransa millisinin və Bayern Munchen klubunun futbolçusu Frank Riberi ilə müqayisə edib:
“Riberinin inkişafında önəmli xidmətlərim oldu. Ancaq Arda ondan daha da yetənəklidir. Onu bir dünya ulduzu edəcəyəm. Ardanın gələcəyi Riberidən daha parlaqdı”.
Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının üzvü uzun müddətdir zədədən əziyyət çəkirdi. Hazırda isə zədəsini tam sağaldan futbolçunun bu həftə yaşıl meydanlara dönməsi gözlənilir.
