10 dekabr 2010 12:48
XL-ın sabiq müdafiəçisi Portuqaliyada axtarışa verildi
Xəzər Lənkəran`ın sabiq müdafiəçisi Fatih Sonkaya Portuqaliyada axtarışa verilib. Azerisport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur. Bu hadisə isə türk əsilli hollandiyalının 2005/06 mövsümündə Porto klubundakı çıxışı zamanı baş verib.
Hazırda onun işinə baxan məhkəmə, Sonkaya ilə yenidən əlaqə yaratmağa çalışsa da, bu cəhdləri bəhrə vermir. Baxmayaraq ki, o, ödəməli olduğu vergini hazırda tam şəkildə lazımi hesablara köçürüb. Lakin Portuqaliya qanunlarına görə, Fatih hələ də məhkəmə qarşısında cavab verməli və ən azı icbari cəzaya məhkum edilməlidir.
