11 dekabr 2010 01:08
İran Maradonadan əlini üzdü, indi də Eriksondan yapışıb
İran Futbol Federasiyası təcrübəli məşqçi Sven Yoran Eriksonu ölkə millisinin baş məşqçi postuna gətirmək istəyir. Azerisport.az xəbər verir ki, Afşin Qotbinin İran millisindən ayrılması səbəbindən, baş məşqçi axtarışlarına başlayan iranlılar indi də Eriksonla danışıqlara başlayıb.
İran Futbol Federasiyasının viste-prezidenti Mehdi Tac məsələylə bağlı verdiyi açıqlamada, Eriksson xəbərlərini təsdiqləyib. Daha öncə İngiltərə, Meksika və Fil dişi Sahilləri yığmasında çalışmış mütəxəssisin hazırkı komandası `Leichester City`ni bu ölkənin millisinə dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, İFF ona qədər argentinalı mütəxəssis Dieqo Armando Maradona ilə də danışıqlar aparmış, lakin rədd cavabı almışdı.
