11 dekabr 2010 01:02
“Foqts haqqımda və işim barəsində hörmətsiz danışıb”
Münhenqladbax `Borussia`sının idman direktoru Maks Eberl futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun tənqidinə cavab verib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə bunları söyləyib:
“Foqts açıqlamasında bizə nə isə məsləhət görüb. Amma bu, həqiqət deyil. Mən onunla yalnız bir dəfə görüşmüşəm - 12 il qabaq. O, mənim uşaqlıq kumirim olub. Ona görə onun tərəfindən mənə heç vaxt verilməyən məsləhətlərin rədd edilməsi haqqında danışmağına təəccüblənirəm. Elə hiss var ki, elə bil Foqts mənim yerimi tutmaq istəyir. O haqqımda və işim barəsində hörmətsiz danışıb”.
