11 dekabr 2010 13:48
Borussia`nın baş məşqçisi Berti Foqtsun cavabını verdi
Almaniyanın Münhenqladbax şəhərini təmsil edən Borussia klubunun baş məşqçisi Mixael Frontsek millimizin çalışdırıcısı Berti Foqtsun cavabını verib. Azerisport.az xəbər verir ki, o, əsas komandamızın baş məşqçisinin ünvanına bunları söyləyib:
“Belə görünür ki, Azərbaycanda onun kifayət qədər boş vaxtı var və işi elə də çox deyil. O, komandanmızın yeganə dostlarındandır ki, bizə arxamızdan zərbə vura bilər”.
Maraq üçün qeyd edək ki, bir neçə gün öncə Berti Foqts keçmiş komandasının uğursuzluqlarından danışarkən rəhbərliyi ciddi tənqid etmişdi.
