11 dekabr 2010 01:47

Bakı Premyer Liqanın liderini dəyişə biləcəkmi?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, son həftələrdən fərqli, bu dəfə Peşəkar Futbol Liqası bütün oyunların eyni gündə keçirilməsinə qərar verib.
 
Hesabat turunun əksər qarşılaşmaları bölgələrdə baş tutacaq. Elə eyni vaxtda başlayacaq açılış oyunları da paytaxtdan kənarda keçiriləcək. `Simurq` doğma meydanda `Qarabağ`ı, `Qəbələ` `Turan`ı, `Muğan` isə MOİK-i qəbul edəcək. Bölgədə baş tutacaq daha bir qarşılaşmada `Xəzər Lənkəran` doğma meydanda `Gəncə` ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər iki qarşılaşma isə paytaxtda elə paytaxt klublarının iştirakıyla baş tutacaq.
 
Bu mənada hər iki paytaxt derbisi vacib əhəmiyyətə malikdi. Məsələ burasındadır ki, cari mövsüm heç də özünə bənzəməyən, son turda hətta autsayder `Simurq`a da doğma meydanda məğlub olan `Bakı` lider `Neftçi` ilə qarşılaşacaq. Hazırda əsas izləyicisi XL-nın nəfəsini hiss edən “ağ-qaralar” üçün xal itkisi yolverilməzdir. Lakin `Bakı` da uğursuz gedişata son qoymaq üçün ancaq qələbə qazanmalıdır.
 
Elə digər paytaxt derbisi də az əhəmiyyət daşımır. Məsələ burasındadır ki, cari mövsümün sürpriz komandalarından birinə çevrilən AZAL son ölkə çempionu `İnter`i qəbul edəcək. Son turda `Qarabağ`a, ondan öncə autsayder `Muğan`a yenilən “bankirlər” artıq növbəti dəfə eyni səhvə yol vermək fikrində deyil. Nazim Süleymanovun komandası isə hamını təəccübləndirməkdə davam edir və onların bu həftə azarkeşləri nə dərəcədə təəccübləndirəcəyi maraqla gözlənilir. Maraq üçün xatırladaq ki, “təyyarəçilər” ilk dövrədəki oyunda bu rəqibini 5 cavabsız qolla məğlub etməklə, çox böyük sensasiyaya imza atmışdılar. İndi qisas eşqiylə alışıb yanan rəqibə bu dəfə həmin aqibəti yaşatmaq nə dərəcədə mümkün olacaq, bunu zaman göstərəcək.
 
Liderlər qrupunda qərarlaşan XL da qisas almaq üçün gözəl fürsət əldə edib. Bu komanda da ilk dövrədə Gəncədə yenildiyi bu şəhərin eyni adlı komandasını qəbul edir və mütləq qələbə qazanmaq istəyir. Axı səfərdəki 1:4 hesablı biabırçı yenilgini unutdurmaq üçün başqa istənilən nəticə lənkəranlıları qane etməyəcək. Qəbələ həm də xal itirmək ehtimalı olan əzəli rəqibi qabaqlamağa şərait yarada bilər.
 
Son dövrlər bir qədər uğursuz nəticələr qazanan, yalnız axırıncı turda son çempion `İnter`i məğlub edən, ancaq kubokda heç kimin gözləmədiyi halda `Turan`a yenilən `Qarabağ` Zaqataladan üzüağ dönməklə, bəraət qazanmağa çalışacaq. Lakin bir qədər arzuolunmaz rəqiblərdən sayılan `Simurq` gənclərdən qurulsa da, ağdamlılara problem yarada bilər. Çünki `Bakı` üzərindəki qələbədən ruhlanan Haciyevskinin komandası ilk dövrədə də Qurban Qurbanovun yetirmələrinə asan təslim olmamışdı. Bu dəfə necə olacağını isə zaman göstərəcək.
 
11 oyundu məğlubiyyət tanımayan `Qəbələ` bu dəfə də seriyasını davam etdirmək üçün gözəl fürsətə malikdir. Hər halda rəqibin autsayder `Turan` olması belə deməyə əsas verir. `Muğan`la MOİK-in dueli isə sırf autsayderlərin duelidir və müəyyən mənada Salyan klubu bu qarşılaşmanın favoriti hesab olunur.
 
Premyer Liqa
17-ci tur
11 dekabr (şənbə)
 
Simurq - Qarabağ
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Teymur Fərhadov.
AFFA nnümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
 
Qəbələ - Turan
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nnümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Muğan - MOİK
Hakimlər: Vüsal Əliyev, Azad Ə. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov.
AFFA nnümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Qurban Məmmədov.
Salyan. Şəhər stadionu. Saat 14:00.
 
İnter - AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Vaqif Musayev, Orxan Məmmədov.
AFFA nnümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor:  Kərim Ağayev.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
Neftçi - Bakı
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, İlham Əliyev, Əliyar Ağayev.
AFFA nnümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
Xəzər Lənkəran - Gəncə
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Əmrah İbrahimov.
AFFA nnümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:00.
 
1 Neftçi 16 10 5 1 30 - 7 35
2 XL 16 10 4 2 19 - 8 34
3 AZAL 16 9 5 2 22 - 8 32
4 Inter 16 8 3 5 13 - 11 27
5 Qəbələ 16 7 5 4 16 - 7 26
6 Qarabağ 16 7 3 6 16 - 12 24
7 Bakı 16 6 4 6 22 - 18 22
8 Gəncə 16 5 7 4 23 - 20 22
9 Muğan 16 3 5 8 7 - 19 14
10 Turan 16 2 5 9 13 - 25 11
11 Simurq 16 2 4 10 10 - 25 10
12 MOİK 16 1 2 13 5 - 36 5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL), Deon Barton (Qəbələ) – 7, Georgi Adamiya (Qarabağ) - 6...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.