11 dekabr 2010 01:58
Yoahim Löv Mourinyonu da qabaqlayıb, ilin məşqçisi seçildi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv başa çatmaqda olan ilin ən yaxşı baş məşqçisi seçilib. Azerisport.az xəbər verir ki, bu haqda Almaniya Futbol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, ünlü “Ekip” qəzetinin apardığı sorğunun nəticələrinə görə Löv bütün həmkarlarını qabaqlayaraq, bu mükafata sahib çıxıb. Sıralamada Fransa həndbol millisinin çalışdırıcısı Klaude Onesta ikinci, Joze Mourinyo üçüncü, Del Boske ise altıncı sırada yer alıb.
