11 dekabr 2010 14:23
Qətər üçün elçilik etdi, sərvətə sahib çıxdı
2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi üçün bu ölkənin elçisi olan əfsanəvi fransız oyunçu Zinədin Zidan, çəkdiyi zəhmətin qarşılığında böyük bir sərvətə sahib çıxıb. Azerisport.az xəbər verir ki, artıq karyerasını başa vurmuş veteran futbolçu bunun müqabilində ərəblərdən 11 milyon avro alıb.
Qeyd edək ki, bir neçə gün öncə Qətər heç kimin gözləmədiyi halda, keçirilən seçkilərdə ABŞ-ı böyük fərqlə qabaqlayaraq, DÇ-2022-yə ev sahibliyi etmək hüququna yiyələndi. Zidan isə məhz bu ölkədə yaşayan insanlara, xüsusilə azyaşlı uşaqlara böyük sevinc bəxş etmək baxımından, mundialın məhz Qətərdə keçirilməsi yönündə təbliğat aparmışdı.
