11 dekabr 2010 15:52
`Xəzər Lənkəran` və `Neftçi` bu gün xal itirəcək
Azerisport.az saytı daha bir sorğuya yekun vurub. Qeyd edək ki, bu dəfəki sorğumuz bu gün keçirilən 17 turun oyunlarıyla bağlıydı. “Premyer Liqanın 17-ci turunda iddialılardan hansının xal itkisiylə üzləşməsi daha realdı” sualına respondentlərin cavabı müxtəlif cür olub.
Maraqlıdır ki, sorğuya qatılanların əksəri belə hesab edir ki, `Gəncə`ni qəbul edən `Xəzər Lənkəran` xal itirəcək. Hər halda 22 faiz oxucu bu qənaətdədi. Neftçi – Bakı duelində meydan sahiblərinin xal itiməsinə isə 21 faiz oxucu inanır.
Digər komandaların xal itkisini proqnozlaşdıranlar isə çox az adam tərəfindən inandırıcı görünür.
