11 dekabr 2010 16:39
MOİK-in baş məşqçisi itkilərdən şikayətləndi
MOİK-in baş məşqçisi Ramil Əliyev bu gün keçirilən `Muğan`la Premyer Liqanın səfər oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, “hərbçilər”in çalışdırıcısı minimla hesablı məğlub olduqları oyunla bağlı bunları söyləyib:
“Bilirdik ki, `Muğan` kubokda ağır oyun keçirib. Bundan istifadə etmək istəyirdik, təəssüf ki, alınmadı. Komandamızın əsas heyətinin bir neçə futbolçusu zədəli olduğu üçün bu oyunda iştirak etmirdi. İtkilərimizin də məğlubiyyətdə təsiri az olmadı`.
