11 dekabr 2010 16:46
Foqts Serbiya çempionatında top qovan futbolçunu millimizə çağırdı
Azərbaycan milli komandasının dekabrın 13-dən 16-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, almaniyalı baş məşqçi Berti Foqts ampluası hücumçu olan Murad Hüseynov adlı yeni futbolçunu sınamaq qərarına gəlib. Qeyd edək ki, bu oyunçu Serbiya 1-ci Liqasında mübarizə aparan `Mladost` (Luçani) klubunun şərəfini qoruyur.
