11 dekabr 2010 16:52
“Həm fiziki, həm də psixoloji cəhətdən yorğun idik”
`Muğan`ın məşqçisi Bəhmən Həsənov bu gün keçirilən MOİK ilə Premyer Liqanın oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı minimal hesabla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Həqiqətən də, kubok oyununda 120 dəqiqə mübarizə aparmışdıq. Futbolçularda həm fiziki, həm də psixoloji cəhətdən yorğunluq hiss olunurdu. Lakin bu gün istədiyimizə nail ola bildik. Qalib gəldiyimiz üçün şadam”.
