11 dekabr 2010 16:56
Qurban Qurbanov: Məğlub olsaydıq belə təəssüflənməzdim
`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov bu gün Premyer Liqanın `Simurq`la səfərdə keçirilən oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, 1:0 hesablı çətin qələbəyə sevinən Ağdam klubunun çalışdırıcısı matçla bağlı bunları dilə gətirib:
“Qyoko Haciyevskiyə bu cür gənc oyunçular yetişdirdiyi üçün təşəkkürümü bildirirəm. Həqiqətən də, çox gözəl oyunun şahidi olduq. Bu gün məğlub olsaydıq və ya heç-heçə etsəydik belə təəssüflənməzdim. Çünki çox yaxşı oyun oldu”.
