11 dekabr 2010 17:16
Haciyevski: Buraxdığımız bir səhv qapımıza qol ilə nəticələndi
`Simurq`un baş məşqçisi Qyoko Haciyevski bu gün doğma meydanda `Qarabağ`a qarşı keçirilən Premyer Liqanın 17-ci turunun oyunuyla bağlı düşüncələrini bölüşüb. Azerisport.az xəbər verir ki, minimal hesablı yenilgiylə bağlı Zaqatala klubunun makedoniyalı çalışdırıcısı bunları deyib:
“Komandamız məğlub olsa da, bütün futbolçularımı təbrik edirəm. Futbolçularımız bütün xəttlərdə baxımlı oyun göstərdilər. Buraxdığımız bir səhv qapımıza qol ilə nəticələndi, təcrübəsizlik burada öz sözünü dedi. `Qarabağ`ın bizdən az da olsa təcrübəli olduğu hiss olunurdu. `Qarabağ`a uğurlar arzulayıram”.
