11 dekabr 2010 17:33
“Bu oyun bir daha sübut etdi ki, futbol - böyük bir sirrdir”
`Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili bu gün keçirilən `Qəbələ` ilə səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 17-ci turun minimal hesablı məğlubiyyətlə başa çatan oyununu gürcü mütəxəssis belə dəyərləndirib:
“Bu oyun bir daha sübut etdi ki, futbol - böyük bir sirrdir. Komandamız çox yaxşı mübarizə apardı, hər şey etdik, ancaq qələbə qazana bilmədik. Gələcək oyunlarda qələbə qazanmağa çalışacağıq”.
