11 dekabr 2010 18:32
`Turan`ın prezidenti millimizin üzvünü transferə çıxardı
Tovuzun `Turan` klubu müdafiəçi Vurğun Hüseynovu transferə çıxarıb. Bu haqda azerisport.az saytına açıqlamasında bölgə klubunun prezidenti Musa Süleymanov məlumat verib:
“O, yaxşı futbolçudur və milli komandaya da buna görə dəvət olunur. Hesaba edirik ki, Vurğun Hüseynov karyerasını daha güclü, iddialı klublarda çıxış edə bilər. Biz də məhz futbolçunun daha iddialı klublara keçidini təşkil etmək üçün transferə çıxarırıq. Ancaq hələlik bu yöndə heç bir təklif almamışıq”.
