11 dekabr 2010 19:04
Nazim Süleymanov: Oyunun nəticəsi ədalətli oldu
AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün keçirilən son ölkə çempionu `İnter` ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmadan sonra “təyyarəçilər”in çalışdırıcısı bunları söyləyib:
“Hər iki komandanın futbolçuları gözəl oyun göstərdi, fikrimcə azarkeşlər də oyundan razı qaldı. Çoxlu qol epizodları yaratdıq, oyunun nəticəsi ədalətli oldu. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. `İnter` komandasına gələcək oyunlarda uğurlar arzu edirəm`.
