11 dekabr 2010 19:09
“Komandamız hər oyunu belə oynasa yaxşı nəticə əldə edəcəyik”
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən AZAL ilə oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 1:1 hesablı bərabərliklər nəticələnən qarşılaşmadan sonra, gürcü bunları söyləyib:
“Nazim Süleymanovun gəlişindən sonra AZAL daha da yaxşı oyun göstərir, komanda çempionatın liderlərindən biridir. Oyun boyu üstünlük bizdə oldu, yaxşı oyun göstərdik. Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm. Komandamız hər oyunu belə oynasa yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, qışda heyətimizi daha da gücləndirib mükafatçılar sırasına düşmək uğrunda mübarizəni davam etdirəcəyik”.
