11 dekabr 2010 19:19
Rednik `Gəncə`yə qalib gəlib, `Qarabağ`a mesaj göndərdi
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 17-ci turunun bu gün keçirilən `Gəncə` ilə ev oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli rumıniyalı mütəxəssis minimal hesablı qələbələri haqda bunları dilə gətirib:
“Gəncə` komandası, xüsusən müdafiədə çox yaxşı oynadı. Futbolçularımı və azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə oyunumuz istədiyimiz kimi getmədi, lakin ikinci hissədə üstünlüyü ələ ala bildik. Qol vurub, qalib gəldik. Qarşıda daha iki oyunumuz var, bu oyunlarda da maksimum nəticə əldə etməyə çalışacağıq. `Gəncə` klubuna uğurlar arzu edirəm”.
Qeyd edək ki, `Xəzər Lənkəran` növbəti iki turda MOİK və `Qarabağ`la qarşılaşacaq.
