11 dekabr 2010 19:28
`Gəncə`nin baş məşqçisi müdafiədən razı, hücumdan narazı qaldı
`Gəncə`nin baş məşqçisi Fuad İsmayılov bu gün keçirilən `Xəzər Lənkəran`la səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, səfərdə minimal hesablı məğlubiyyətə üzülən gəncəlilərin çalışdırıcısı bunları dilə gətirib:
“Bu oyun ətrafında kifayət qədər böyük ajiotaj yaranmışdı. Oyuna da yaxşı hazırlaşmışdıq. Biz müdafiədə yaxşı oynadıq. Lakin təəssüf ki, hücumlarımız kəsərli alınmadı. Ceyhun Sultanovun bu gün oynamaması da öz sözünü dedi. `Xəzər Lənkəran`a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
