11 dekabr 2010 20:08
Berti Foqts: Heç-heçə daha ədalətli nəticə olardı
Bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən `Neftçi` - `Bakı` (0:1) görüşünü izləyənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da olub. Görüş zamanı almaniyalı mütəxəssis matçla bağlı bunları bildirib:
“Heç-heçə ədalətli nəticə olardı. Amma siz hər şeyi özünüz gördünüz - avtoqolla nəticələnən cərimə zərbəsi oldu. `Neftçi`nin gənc oyunçularının təcrübə yoxluğunda `Bakı`nın intizamlı oyunu gözə çarpırdı” - deyə Berti Foqts “Lider” telekanalına müsahibəsində bildirib.
