11 dekabr 2010 20:37
Vinfrid Şefer `Neftçi` üzərində qələbəni şərh etdi
`Bakı`nın baş məşqçisi Vinfrid Şefer bu gün keçirilən `Neftçi` ilə paytaxt duelindəki qələbə haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Oyunçularım 95 dəqiqə üstün futbol sərgilədi. `Simurq`a məğlubiyyətdən və `Muğan`la çətin kubok qarşılaşmasından sonra bu, əsl fantastik qələbədir. Hamısı maksimum dərəcədə əlindən gələni etdi. İnanıram ki, bundan sonra da məhz belə oynamaqda davam edəcəyik. Xüsusilə Fabionu qeyd etmək istərdim ki, bu gün meydanda hamıdan yaxşı idi”.
