11 dekabr 2010 20:38
Arif Əsədov: Qarşıdakı turlarda liderliyimizi qaytaracağıq”
Bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində `Bakı` ilə qarşılaşan və 2 cavabsız qolla məğlub olan `Neftçi`nin baş məşqçisi Arif Əsədov oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı yenilgiylə bağlı bunları dilə gətirib:
“Komandamızda zədəli futbolçular var idi. Bu gün Rail Məlikov zədəli halda oynayırdı. Rəşad Abdullayevin hərarəti var idi, ehtiyat oyunçular siyahısında yer alsa da, oynaya bilmədi. Turnir cədvəlində öz mövqeyimizi itirmişik. Lakin, inanıram ki, qarşıdakı turlarda liderliyimizi qaytaracağıq”.
