11 dekabr 2010 22:34
Paytaxt derbisi qalmaqalsız ötüşmədi
Futbol üzrə Azərbaycan çempionatının 17-ci turu çərçivəsində keçirilən `Neftçi` - `Bakı` görüşü qalmaqalla da yadda qaldı. Azerisport.az xəbər verir ki, hələ qarşılaşmanın gedişində başlayan mübahisələr oyun bitdikdən sonra futbolçular arasında dava düşməsinə gətirib çıxarıb.
Belə ki, `Bakı`nın qapıçısı Xalidu Sissoko meydanı tərk edərkən rəqib hücumçu Bahodir Nasimova sataşıb və oyunçular arasında söz “atışması” baş verib. Bu mübahisəyə Elmar Baxşiyev və Cəmşid Məhərrəmov qoşularaq davaya başlayıblar. Yalnız polislərin müdaxiləsindən sonra oyunçular sakitləşib.
Bu davaların davamı isə soyunub-geyinmə otağında baş verib. Belə ki, “zolaqlılar”ın üzvü İbrahim Karqbo `Neftçi`nin mühafizə işçilərindən biri tərəfindən vurulub. Bu haqda legioner futbolçu özü məlumat verib.
