11 dekabr 2010 23:00
Lobanovskinin sevimli şagirdi `Neftçi`yə baş məşqçi gəlir
Yaxınlarda `Neftçi`yə yeni baş məşqçi rəhbərlik edəcək. Azerisport.az xəbər verir ki, Ukrayna yığmasının sabiq çalışdırıcısı Aleksey Mixayliçenko paytaxt klubunun sükanı arxasına gətirilir.
“Sport-ekspress Ukrayna” nəşrinin yaydığı məlumata görə, klubumuzun rəhbərliyi bu mütəxəssislə son formallıqları da yoluna qoyublar. Məhz bu nəşrin yazdığına görə, Lobanovskinin sevimli şagirdi Bakı klubu ilə müqavilə imzalayacaq.
