11 dekabr 2010 11:46
Ramim: `Bakı`nı məğlub etmək heç də asan deyil
`Bakı`nın və millimizin yarımmüdafiəçisi Luis Ramim bu gün keçiriləcək `Neftçi` ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytına açıqlamasında o, bunları söyləyib:
“Demək olmaz ki, biz zəif oynayırıq. Coxlu qol vəziyyətləri yaradırıq, imkanları layiqincə qiymətləndiririk. Bəziləri deyir ki, komandamız indi zəifdir. Bununla razılaşmıram. `Bakı` böyük komandadır. Son 2 ildə biz qızıl və gümüş medallar, Azərbaycan Kubokunu qazanmışıq. Biz axırıncı yerdə olsaq belə, rəqiblərimiz bilir və yaxşı başa düşür ki, `Bakı`nı məğlub etmək heç də asan deyil. Biz buna yol verməyəcəyik. Rəqibimiz Azərbaycanın iddialı klublarından biridir. Onlar hazırda yüksəliş dövrlərini yaşayırlar. Buna baxmayaraq var gücümüzü ortaya qoyub, qələbə qazanmalıyıq”.
