11 dekabr 2010 11:51
Leonardo Roşa: Biz asan yem deyilik
`Bakı`nın yarımmüdafiəçisi Leanardo Roşa bu gün keçiriləcək `Neftçi` ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu üç xalı əldən verə bilmərik. Meydançaya çıxıb, ancaq qələbə haqqında düşünməliyik. Rəqib çox güclüdür, çempionatın əsas favoritlərindən biri sayılır. Biz də asan yem deyilik. Bunu onlara isbat etmək üçün yaxşı futbol oynamalıyıq”.
