11 dekabr 2010 00:05
`Gəncə`nin prezidenti `Kəpəz`in yaranmasına münasibət bildirdi
`Gəncə` futbol klubunun prezidenti Elmir Əliyev eyni şəhərin `Kəpəz` futbol klubunun yaradılması haqda fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, iki klub arasında hətta çempionluq, kubok titullarının bölüşdürülməsində heç bir problemin olmayacağını bildirib:
“Bir şəhərdən olan iki komanda - qardaş komandalardır. Bakı və Neftçi kimi. Bunlar, əlbəttə, iki fərqli komandadır, amma eyni şəhərdəndilər. Gəncədə çoxdandır futbol yox idi, ona görə insanlar futbol acıdırlar. Bizim hər oyunumuza 7-8 min tamaşaçı gəlir. Belə hal Azərbaycanda yoxdur. Titullarla bağlı düşünürəm ki, problem olmayacaq. `Kəpəz` bizim tərəfimizdən, həmçinin, Gəncə regional futbol federasiyasının prezidenti Xanlar Fətiyev və baş məşqçi Mehman Allahverdiyev tərəfindən yaradılacaq. Kənardan kimsə sponsor köməyi göstərmək istəsə, onda bu sual baş qaldırmaz”.
