14 dekabr 2010 01:00
Türkiyə çempionatı: Son çempion 3 böyüyün taleyini yaşamadı (YENİLƏNİB)
Türkiyə Superliqasında 16-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutmuşdu. Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi `Eskişehirspor` doğma meydanda iddialılardan olan `Beşiktaş`ı qəbul edib və sürpriz qələbəyə imza atıb. Növbəti oyun günündə isə böyüklərdən Galatasaray`ın doğma azarkeşlərinin gözü qarşısında yenə uduzması diqqətçəkən olub. Yeri gəlmişkən qeyd edək ki, "sarı-qırmızılar" "Ali Sami Yen" stadionunda Superliqa çərçivəsində son oyununa çıxmışdı və bu arenayla məğlubiyyətlə vidalaşdı. `Fenerbahçe` də digər böyüklərdən geri qalmayıb. `Sarı lacivərdlilər`in uduzduğu gündə `Trabzonspor` yenə qələbə qazanıb və mövqeyini möhkəmləndirib. Nəhayət turun qapanış matçında son çempion `Bursaspor` da qələbə qazanmağı bacarıb.
Türkiyə Superliqası
16-cı tur
10 dekabr
Eskisehirspor – Beşiktaş – 2:0
Qollar: Veysel Sarı, 62, Sezer Öztürk, 79.
Matçın 40-cı dəqiqəsində qonaqların heyətində Quti qırmızı vərəqə alıb.
11 dekabr
Karabükspor - Antalyaspor - 2:0
Qollar: Tçani, 65, Emenike, 85.
Bucaspor - Manisaspor - 1:1
Qollar: Kahe, 64-öz qapısına - Simpson, 61.
Galatasaray - Genclerbirligi - 0:2
Qollar: Meriç, 1, Şam, 26.
12 dekabr
Sivasspor - Konyaspor - 1:0
Qol: Kılıç, 68.
İstanbul BB - Trabzonspor - 1:3
Qollar: Tum, 40 - Yılmaz, 2; 73-pen. Bulut, 76.
Gaziantepspor - Kayserispor - 2:0
Qollar: Souza, 57, Arı, 76.
Ankaragücü - Fenerbahçe - 2:1
Qollar: Şestak, 62; 74 - Nyanq, 90.
13 dekabr
Bursaspor - Kasımpaşa - 2:1
Qollar: Turqay, 22, Tolqa, 88-öz qapısına - Yekta, 14.
| 1 | Trabzonspor | 16 | 12 | 3 | 1 | 37 | - | 10 | 39 |
| 2 | Bursaspor | 16 | 10 | 4 | 2 | 27 | - | 11 | 34 |
| 3 | Fenerbahce | 16 | 9 | 3 | 4 | 39 | - | 21 | 30 |
| 4 | Kayserispor | 16 | 8 | 5 | 3 | 20 | - | 12 | 29 |
| 5 | Besiktas | 16 | 8 | 3 | 5 | 24 | - | 17 | 27 |
| 6 | Karabukspor | 16 | 7 | 3 | 6 | 28 | - | 24 | 24 |
| 7 | Istanbul BB | 16 | 7 | 2 | 7 | 20 | - | 17 | 23 |
| 8 | Gaziantepspor | 16 | 6 | 5 | 5 | 14 | - | 14 | 23 |
| 9 | Antalyaspor | 16 | 6 | 4 | 6 | 17 | - | 20 | 22 |
| 10 | Galatasaray | 16 | 6 | 2 | 8 | 18 | - | 21 | 20 |
| 11 | Ankaragucu | 16 | 5 | 5 | 6 | 22 | - | 27 | 20 |
| 12 | Eskisehirspor | 16 | 4 | 7 | 5 | 15 | - | 17 | 19 |
| 13 | Manisaspor | 16 | 6 | 1 | 9 | 21 | - | 25 | 19 |
| 14 | Genclerbirligi | 16 | 4 | 5 | 7 | 15 | - | 23 | 17 |
| 15 | Sivasspor | 16 | 3 | 6 | 7 | 17 | - | 31 | 15 |
| 16 | Konyaspor | 16 | 3 | 5 | 8 | 17 | - | 26 | 14 |
| 17 | Bucaspor | 16 | 2 | 6 | 8 | 9 | - | 21 | 12 |
| 18 | Kasimpasa | 16 | 1 | 5 | 10 | 14 | - | 37 | 8 |
