11 dekabr 2010 00:16
Millidə 100 oyun keçir, UEFA-nın mükafatına sahib ol
UEFA milli komandalar arasındakı yarışlara marağı artırmaq, futbolçuların ölkələrinin yığmasında çıxış etməsinə həvəsləndirmək üçün yeni üsul fikirləşib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu bundan sonra milli komandalarında 100 oyun keçirən futbolçulara mükafat verəcək. Təbii ki, bu, UEFA-ya üzv olan 53 ölkəyə şamil olunacaq.
Maraq üçün qeyd edək ki, Azərbaycan millisinin tarixində hələlik 100 dəfə oyun keçirən futbolçu olmayıb.
