11 dekabr 2010 12:14
Ekvador futbolunda böyük şok!
Ekvadorun `Liga de Quito` komandasının orta sahə oyunçusu Qonsalo Çila iki il müddətinə futboldan kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, buna onun başqasının sənədlərindən öz adına istifadə etməsi səbəb olub.
Sən demə əsl adı Anxel Çeme olan futbolçu, 2003-cü ildən bəri bu saxta pasportdan istifadə edirmiş və özünü Çila kimi təqdim edirmiş. Əsl Qonsalo Çilanın pasportunun oğurlanmasıyla bağlı şikayətlər əsasında 2009-cu ildən bəri davam edən istintaq prosesində Anxel Çemenin Çilayla eyni vətəndaşlıq nömrəsində sahib olduğu ortaya çıxıb. 26 yaşlı oyunçu günahını etiraf etsə də, onu nə klubu, nə də məhkəmə bağışlamayıb. Hazırda davam edən istintaq prosesində ona həbs cəzasının verilməsi də gündəmdədir.
