11 dekabr 2010 12:35

Romal Hüseynov: XL-nın zəif yerlərini bilirik və açıq oyun sərgiləyəcəyik

`Gəncə`nin yarımmüdafiəçisi Romal Hüseynov Xəzər Lənkəran`la bu günkü oyun ərəfəsində komandasının şansları barədə danışıb. Azerisport.az saytına müsahibəsində təcrübəli futbolçu bunları dilə gətirib:
 
“Gəncə` ilk “altılığ”a düşmək istəyir. Buna görə son 6 oyunumuzun hamısında qələbə qazanmalıyıq. Hətta `Xəzər Lənkəran`la da səfər oyununda biz bir xala da razı qalmayacağıq. Düşünmürəm ki, bizə lənkəranlı azarkeşlərin güclü təzyiqi altında oynamaq çətin olacaq. Bizim futbolçularda belə bir kompleks yoxdu. Çünki Gəncədə hər oyunumuza minlərlə azarkeş toplaşır. Elə `Neftçi` ilə son oyunumuzda 20 min tərəfdarımız var idi. Hətta Lənkəran da belə göstəricisinə görə öyünə bilməz. Çünki onların stadionu cəmi 15 min azarkeş tutumuna malikdi”.
 
Buna baxmayaraq, Hüseynov rəqib komandanın heyətindəki oyunçulardan çəkinmək lazım gəldiyini gizlətməyib: “Xəzər Lənkəran`da hər mövqedə yaxşı oyunçular var. Bu mövsüm onlar əla oyun sərgiləyirlər. Təsadüfi deyil ki, liderlər qrupunda qərarlaşıblar. Bizdə isə təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Ceyhun Sultanovla Xəyal Mustafayev zədə səbəbindən oynaya bilməyəcək. Bundan əlavə XL-nın Kamran Ağayev kimi güclü qolkiperi var. Hansı ki, ona qol vurmaq elə də asan iş deyil. Amma hər şeyə rəğmən biz rəqibdən çəkinmirik. Rəqibin zəif yerlərini bilirik və açıq oyun zərgiləyəcəyik”.
 
Romal sonda `Neftçi`yə məğlubiyyət haqda da danışıb: “Biz yaxşı oynadıq. Ancaq hakim hər şeyi korladı. Həddən artıq çox fit çaldı. Qərarlarının çoxu `Neftçi`nin lehinə olunca, biz qələbə qazana bilmədik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.