12 dekabr 2010 01:00
`Neftçi` Mixayliçenko xəbərlərini yalanladı
`Neftçi` futbol klubu Kiyev `Dinamo`sunun keçmiş baş məşqçisi Aleksey Mixayliçenko ilə klubda müvafiq vəzifəni tutmasına dair danışıqlar aparmayıb. Bu haqda azerisport.az-a “ağ-qaralar”ın düşərgəsindən məlumat veriblər.
“Komandanın baş məşqçisi var - Arif Əsədov. Aleksey Mixayliçenko ilə danışıqlar aparmağımız haqda informasiya həqiqət deyil” - deyə məlumatda bildirilir.
