12 dekabr 2010 13:57
Mirça Rednik: 5 oyunçu, ayına 20 min avro almaq şərtilə
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik qış fasiləsində cənub klubuna neçə oyunçu almaq istədiyini bəyan edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Mən Rumıniyadan 5 oyunçu almaq istəyirəm. Onlara ayda 20 min avro xərcləyə bilərik. Adrian Kristeaya gəlincə, ona 2 milyon avro da verə bilərik. Ancaq mən ona görə heç 1 milyon da xərcləməyimizi istəmirəm”.
