12 dekabr 2010 15:46
Qvidas Yuşka: Deməzdim ki, biz çempionla heç-heçəyə oynayırdıq
AZAL-ın hücumçusu Qvidas Yuşka Premyer Liqanın son turunun `İnter` ilə oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında futbolçu 1:1 hesablı heç-heçəylə başa çatan qarşılaşmayla bağlı bunları dilə gətirib:
“Deyə bilmərəm ki, biz heç-heçəyə oynayrırdıq. Əksinə meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Ola bilər ki, `İnter` daha çox qol vəziyyətləri yaradırdı. Onlar ilk dövrədəki böyükhesablı yenilginin qisasını almaq istəyirdilər. Ancaq düşünürəm ki, nəticə ədalətli oldu. Ən azı uduzmamağımız yaxşı oldu”.
