12 dekabr 2010 16:32
Stuttgart cari mövsümdə 3-cü baş məşqçi dəyişikliyinə əl atdı
Almaniya Bundeliqasında mübarizə aparan Stuttgart baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın sükanı arxasına Bruno Labbadyanı gətirməyə qərar verib.
Bundesliqanın cari mövsümündə gözlənilənləri verə bilməyən və turnir cədvəlinin alt pillələrində qərarlaşan klubun rəhbərliyi öncə çıxış yolunu baş məşçqi Kristian Qross ile yolları ayırmaqda görmüşdü. Lakin onu əvəzləyən Yans Keller də vəziyyəti dəyişə bilməyincə, yeni baş məşqçi axtarışlarına çıxan klub başbilənləri Bruno Labbadya ilə çıxışa keçəcəklərinə inanırlar. Klubun yaydığı rəsmi məlumatda bildirilir ki, artıq Kellerlə də yollar ayrılıb.
Maraq üçün qeyd edək ki, türkiyəli futbolçu Serdar Taşçının da forma geydiyi Stuttgart`ın yeni baş məşqçisi daha öncə `Bayer Leverkusen` və `Hamburg` klublarında çalışıb.
