12 dekabr 2010 00:01
`Beşiktaş`a Eskişehir məğlubiyyətinin ardınca daha 2 qara xəbər
Türkiyə Superliqasının 16-cı turu çərçivəsində millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi `Eskişehirspor`a səfərdə sensasion şəkildə məğlub olan `Beşiktaş` növbəti sarsıdıcı zərbə alıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada daha iki oyunçusu ağır zədə alan İstanbul klubu onların xidmətindən uzun müddətə məhrum olub.
Onsuz da zədə ucbatından bəlkə də heyətinin yarısını itirən `Qara Qartal`ın düşərgəsində yeni sıradan çıxanlar isə Filip Holosko ilə Necip Uysal olub. Slovakiyalı Holoskonun 3 ay yaşıl meydanlardan kənar qalacağı bildirilirsə, Necip ən tezi 4 həftəyə komandayla ümumi məşqlərə qatılmaq imkanı qazanacaq.
