12 dekabr 2010 00:12

Premyer Liqada 6 saatlıq yerdəyişmə əməliyyatı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, bir-birindən maraqlı nəticələrin qeydə alındığı tur lider dəyişikliyi ilə əlamətdar oldu.
 
Təbii ki, hadisələrin bu cür cərəyan edəcəyi elə öncədən də az çox gözlənilən idi. Çünki `Bakı` uğursuz gedişə nə yolla olursa-olsun son qoymaq istəyirdi. Bu mənada cari mövsümün daha iddialı təsir bağışlayan komandalarından olan `Neftçi` üzərindəki qələbə “zolaqlılar”a çox şey verə bilərdi. Görünür, məhz bu amilə xüsusi diqqət yetirən Vinfrid Şeferin yetirmələri daha əzmkar futbol sərgiləməklə, liderə kifayət qədər ciddi zərbə vurmuş oldular. Axı bu tur baş verən lider dəyişikliyinin əsas səbəbkarı məhz `Bakı` oldu.
 
`Neftçi` isə paytaxt derbisinə çox güman ki, bir qədər təzyiq altında çıxmışdı. Ən azından ona görə ki, artıq “ağ-qaralar” oyuna çıxanda əsas izləyiciləri, eyni zamanda əzəli rəqibləri `Xəzər Lənkəran`ın qələbə qazanıb, müvəqqəti də olsa, zirvəni ələ keçirdiyini bilirdilər. Məhz xal itirəcəkləri halda zirvədəki mövqeni itirmək düşüncəsi, qorxusu “ağ-qaralar”ın mərkəzi arenadakı son məğlubiyyətində az rol oynamadı.
 
Lakin XL da `Gəncə` üzərindəki qələbəni asanlıqla qazanmadı. Hər halda ilk dövrədə bu rəqibini 4:1 hesabıyla məğlub edən qərb təmsilçisi cənublularla qarşılaşmanın son dəqiqələrinə kimi, layiqli müqavimət göstərməyi bacarırdı. Lakin görüşün sonlarında buraxılan 1 qol hər şeyin həlli demək oldu. Görünür Mirça Rednik üçün də ilk dövrədəki yenilginin qisasını layiqincə almaqdan daha çox, elə lazım olan 3 xalı qazanmaq vacib imiş.
 
Qəbələ isə dayanmaq bilmir. Artıq bu komanda ardıcıl 12 oyunduq məğlubiyyət nə olduğunu bilmir və addım-addım zirvəyə doğru qalxır. Bu mənada hesabat turunun digər paytaxt derbisinin – `İnter` - AZAL görüşünün heç-heçə tamamlanması da Toni Adamsın komandasının işinə yaradı. Axı onlar bu həftə son çempionu da özlərinə aşağıdan yuxarı baxmağa məcbur etdilər.
 
`Qarabağ`ın gənclərdən ibarət `Simurq` üzərində çətin qələbəsini də vurğulamamaq olmur. Öncədən də gözlənildiyi kimi, Qurban Qurbanovun komandası bu səfər matçından çox çətin əldə olunan 3 xalla ayrıldı ki, həmin xalları da qızıla bərabər hesab etmək olar. Çünki əks halda `Neftçi`ni məğlub edərək, böyük dəyişiklilərə səbəb olan `Bakı` ağdamlıları qabaqlayıb, ilk “altılığ”a düşəcəkdi.
 
Premyer Liqa
17-ci tur
 
Simurq - Qarabağ - 0:1 (0:0)
 
Qol: Aftandil Hacıyev, 77.
Vərəqələr: Ramil Sayadov, 18, Elçin Xəlilov, 62 – sarı.
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
11 dekabr 2010. Saat 14:00. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 600 tamaşaçı.
 
Simurq: 22. Adnan Hodziç, 27. Ramil Sayadov, 17. Rüstəm Məmmədov, 5. Elvin Yunusov, 14. Anar Həsənli (11. Yasin Abbasov, 68), 8. Qərib İbrahimov, 28. İlkin Qırtımov, 15. Elvin Musazadə (9. Əli Bağırov, 76), 7. Samir Əliyev (k), 23. Elçin Xəlilov, 10. Vasif Əliyev.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 20. Elnur Abbasov, 2. Elşən Əliyev, 19. Azər Səfərli, 18. Elnur Yusifov.
Baş məşqçi: Qyoko Haciyevski.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev (77. Georgi Adamiya, 46), 11. Rauf Əliyev (31. Andreys Rubins, 87), 17. Vüqar Nadirov, 24. Admir Teli (3. Aftandil Hacıyev, 46), 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 8. Aslan Kərimov, 13. Samir Abasov, 72. Devran Ayhan.
Baş məşqçi: Qurban Qurbanov.
 
Muğan - MOİK - 1:0 (1:0)
 
Qol: Miloş Zeçeviç, 26-pen.
Vərəqələr: David Svanidze, 40, Elnur Abdullayev, 41, Saşko Pandev, 64 - Elçin Həşimov, 11; 90+3, Fərid Həşimzadə, 32, Ramil Əliyev, 51, Vüqar Əsgərov, 55 – sarı. Elçin Həşimov, 90+3 – qırmızı.
Hakimlər: Vüsal Əliyev, Azad Ə. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
11 dekabr 2010. Saat 14:00. Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. 300 tamaşaçı.
 
Muğan: 1. Amil Ağacanov, 3. Miloş Zeçeviç, 6. Taqim Novruzov, 7. Elnur Abdullayev (k) (19. Zaur Əsədov, 46), 8. Tural Axundov, 10. Saşko Pandev (17. Ravi Rəhmanov, 90), 18. David Svanidze, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres (9. Elşən Məmmədov, 55), 34. Cavad Mirzəyev, 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Cavid Səfərov, 2. Nicat Babayev, 21. Ceyhun Abdullayev, 25. Rüfət Məmmədov.
Məşqçi: Bəhmən Həsənov.
MOİK: 12. Davud Kərimi, 4. Vüqar Əsgərov, 7. Cavidan Ağayev, 8. Emil Paşayev, 9. Nicat Tağıyev, 11. Zaur Məmmədov, 13. Fərid Həşimzadə (k), 15. Elçin Həşimov, 17. Orxan Babayev (14. Cavid Rəhimov, 38), 18. Rəfael Qəvami, 24. Ramil Əliyev.
Ehtiyat oyunçular: 22. Taryel Hüseynov, 2. Rəşad Hacızadə, 5. Ceyhun Adışirinov, 16. Nəriman Əzimov, 21. Namiq Adilov, 25. Ramid Nəsirov.
Baş məşqçi: Ramil Əliyev.
 
Qəbələ - Turan - 1:0 (1:0)
 
Qol: Nodar Məmmədov, 33.
Vərəqə: Arif İsayev, 16 - sarı.
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
11 dekabr 2010. Saat 14:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
 
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov (21. Asəf Qədiri, 90+3), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Bruno dos Anjos (20. Kristian Torres, 69), 10. Deon Barton, 14. Milan Antiç, 17. Arif İsayev (26. Namiq Əliyev, 61), 18. Qoqa Beraya (k), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 5. Sergey Sokolov, 15. Razvan Tarlea.
Baş məşqçi: Toni Adams.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov (22. Məhərrəm Müsümzadə, 46), 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 9. Rəşad Piriyev, 14. Viktor Qonta, 15. Cavid Tağıyev, 18. Hafiz Əliyev, 21. Rəşad Orucov (20. Şəhriyar Xəlilov, 63), 24. Georgi Çediya (11. Azər Məmmədov, 57), 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 72. Natiq Səhrətov, 4. Ruslan Namazov, 17. Orxan İsmayılov, 19. Rəşid Həsənov.
Baş məşqçi: Revaz Dzodzuaşvili.
 
İnter - AZAL - 1:1 (0:0)
 
Qollar: Petar Zlatinov, 61 (1:0), Qvidas Yuska, 70 (1:1).
Vərəqələr: Bronislav Çervenka, 59, Petar Zlatinov, 69, Kaxaber Mjavanadze, 73, Dmitri Kramarenko (oyundan  sonra) - Viktor İbekoyi, 31 - sarı.
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Vaqif Musayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
11 dekabr 2010. Saat 16:00. “Şəfa” stadionu. 2000 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 9. Rövşən Əmiraslanov (21. Arif Daşdəmirov, 74), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze, 20. Girts Karlsons (32. Robertas Poşkus, 71), 23. Şəhriyar Rəhimov, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze (6. Dmitri Kruqlov, 81).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 11. Asif Mirili, 84. Filipe Maçado.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (16. Samir Abdulov, 89), 13. Draqan Mandiç, 15. Qvidas Yuska, 21. Mirko Bunyevçeviç (22. Anar Həsənov, 90+3), 23. Pius İkedia, (17. Vüsal Qarayev, 84).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Namiq Abdullazadə, 8. Eleandro Pema, 19. Hüseyn Axundov.
Baş məşqçi: Nazim Süleymanov.
 
Xəzər Lənkəran - Gəncə - 1:0 (0:0)
 
Qol: Allan Lalin, 75.
Vərəqələr: Rahid Əmirquliyev, 29, Alim Qurbanov, 41, Uinston Parks, 77, Katalin Doman, 84 - Azər Məmmədov, 47, Edis Kurtanoviç, 56 – sarı.
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
11 dekabr 2010. Saat 16:00. Lənkəran şəhər mərkəzi stadionu. 12000 tamaşaçı
 
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaçe, 8. Konstantin Arbanas, 12. Allan Lalin, 14. Rahid Əmirquliyev (30. Katalin Doman, 58), 18. Alim Qurbanov (7. Ruslan Poladov, 80), 21. Radomir Todorov, 36. Uinston Parks, 77. Stelian Stanku (11. Asif Məmmədov, 66).
Ehtiyat oyunçular: 31. Denis Romanovs, 20. Amid Hüseynov, 22. David İmedaşvili, 55. Tural Cəlilov.
Baş məşqçi: Mirça Rednik
Gəncə: 1. Еdis Kurtanoviç, 5. Mətləb Məmmədov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 3. Vasif Haqverdiyev, 6. Samir Zərgərov, 7. Ramal Hüseynov, 14. Rafael Əmirbəyov, 8. Georgi Seturidze, 11. Sabir Allahquliyev, 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 2. Xəyal Mustafayev, 18. İbrahim Hüseynov, 17. Orxan Məmmədov, 24. Levan Mdvinişvili, 28. Patris Nukeu, 20. Vladimir Kozlenko.
Baş məşqçi: Fuad İsmayılov.
 
Neftçi - Bakı - 0:2 (0:1).
 
Qollar: Denis Silva, 43-öz qapısına (0:1). Jaba, 76 (0:2).
Vərəqələr: Mirhüseyn Seyidov, 35, Araz Abdullayev, 61, İqor Mitreski, 83 - Aleksandar Soliç, 61, Stefan Barbikoni, 61, İbrahim Karqbo, 77, Xalidu Sissoko, 78 – sarı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Mehman Mahmudov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
11 dekabr 2010. Saat 18:00. Tofiq Bəhramov adına Respublika stadionu. 4000 tamaşaçı.
 
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 11. Cavid Hüseynov (2. Rail Məlikov, 70), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 17. Araz Abdullayev, 18. Ruslan Əmircanov, 6. Slavko Georgiyevski, 19. Mirhüseyn Seyidov (10. Emil Mpenza, 46), 25. Cavid İmamverdiyev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 23. Tural Nərimanov, 20. Kərim Diniyev, 27. Rəşad Abdullayev.
Baş məşqçi: Arif Əsədov.
Bakı: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut (99. Leonardo Roşa, 54), 4. Vadim Borets, 5. Stefan Borbikoni, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 77. Aleksandar Soliç, (21. Emin Cəfərquliyev, 70), 85. Jaba (10. Joel Epalle, 88).
Ehtiyat oyunçular: 13. Aqil Məmmədov, 6. Dare Nibombe, 7. Mahmud Qurbanov, 25. Anqulo Cefersson.
Baş məşqçi: Vinfrid Şefer.
 
1
XL
17
11
4
2
20-8
37
2
Neftçi
17
10
5
2
30-9
35
3
AZAL
17
9
6
2
23-9
33
4
Qəbələ
17
8
5
4
17-7
29
5
İnter
17
8
4
5
14-12
28
6
Qarabağ
17
8
3
6
17-12
27
7
Bakı
17
7
4
6
24-18
25
8
Gəncə
17
5
7
5
23-21
22
9
Muğan
17
4
5
8
8-19
17
10
Turan
17
2
5
10
13-26
11
11
Simurq
17
2
4
11
10-26
10
12
MOİK
17
1
2
14
5-37
5
 
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL) - 8, Deon Barton (Qəbələ) – 7, Georgi Adamiya (Qarabağ) - 6...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.