12 dekabr 2010 12:15
Galatasaray`ın oyunçusunun qabırğalarını qırıblar
Galatasaray dünən Superliqanın 16-cı turu çərçivəsində doğma azarkeşlərinin gözü qarşısında Gençlerbirliği`nə 2 cavabsız qolla yenilməsi azmış kimi, növbəti itkilərlə üzləşib. Azerisport.az xəbər verir ki, onsuz da itkiləri az olmayan George Hacinin komandası bu dəfə Səbri Sarıoğlunun sıradan çıxmasına üzülüb.
Dünənki matçın gedişində ağır zədələnən və dərhal xəstəxanaya aparılan futbolçunun vəziyyətinin kifayət qədər ciddi olduğu bildirilir. Məsələ burasındadır ki, həkimlər onun 5 və ya 6 qabırğasında qırıq aşkarlayıb. Bunun müalicəsi üçün isə ən azı 2-3 ay lazım olduğu bildirilir.
