13 dekabr 2010 00:56

Arif Əsədov: `Bakı` `Neftçi`yə qalib gəlməklə, çempionatı maraqlı etdi

`Neftçi`nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində komandasına Aleksey Mixayliçenkonun gətirilməsi barədə şayiələrdən danışıb. O, həmçinin milli birinciliyin son turunda `Bakı`ya məğlubiyyəti xatırlayaraq son iki görüşdə komandasını qələbəyə səsləyib.
 
- Yaxın günlərdə Ukrayna mətbuatı Aleksey Mixayliçenkonun `Neftçi`nin baş məşqçisi olacağına dair informasiya yayıb. Bu barədə nə deyə bilərsiniz?
- Bütün bunlar `Neftçi`ni sevməyənlərin yaydığı şayiələrdir. Komanda liderlərdəndir və rəqiblərimizə bu, xoş gəlmir. Onlar süni şəkildə bizə çətinliklər yaratmaq istəyirlər. Mən klub rəhbərliyinə inanıram və bu xəbəri şərh etmək istəmirəm.
 
- Xəbəri Ukrayna mətbuatı yayıb. Çətin ki, onlar `Neftçi`nin liderliyini itirməsinin marağındadırlar...
- Cavabı siz klub rəhbərliyindən öyrənə bilərsiniz. Məni komandanın hazırlığı maraqlandırır. Bir məğlubiyyətə görə mövsüm boyu əldə etdiyimiz uğurların üstündən xətt çəkmək olmaz. Son beş ildə `Neftçi` belə oynamayıb.
 
- Bəs indi işləmək sizə psixoloji cəhətdən çətin olmayacaq?
- Bu, mənə kömək edəcək. Bu, adrenalin kimidir. Mən öz vəzifəmdən ikiəlli yapışmıram. Əgər klub rəhbərliyi əvəzləməni lazım bilsə, bununla barışaram. Mən `Neftçi`də cani-dildən çalışıram. Sonra nə olacağı mənim işim deyil.
 
- Birdən bu xəbər doğrulsa?
- Hər şeyə klub rəhbərliyi qərar verir.
 
- Onda komanda haqda danışaq. Son turda `Bakı`ya məğlub oldunuz. Sizə elə gəlmir ki, rəqib yetirmələrinizdən birbaş üstün oldu?
- `Neftçi`nin ciddi çətinlikləri vardı. Əsas heyətin çox üzvü zədəlidir. Hətta bir neçə əvəzedicimiz meydana çıxdı. Orta xətt həddən çox səhv buraxdı. Bununla belə avtoqola qədər yaxşı oynayırdıq. Sonra isə pozulma başladı.
 
- Son vaxtlar Bahodir Nasimov qol vurmağı yadırğayıb. Bu sizi narahat etmir?
- Nasimov psixoloji təzyiq altındadır. Mövsümə parlaq başlaması azarkeşlərin hər oyun ondan qol tələb etməsinə gətirdi. Amma bu, həmişə alınmır. Məsələn, `Bakı` ilə oyunda onu topla lazımı qaydada təchiz etmirdilər.
 
- Ancaq demədiniz ki, `Bakı` bu qələbəyə layiq idimi?
- Qələbə qazanıbsa, deməli elədir. Onlar öz qələbələri ilə çempionatlı daha da maraqlı etdilər. İlin sonuna qədər daha iki oyunumuz var və hər ikisində qələbə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.