13 dekabr 2010 14:12
Veronun komandası Argentina Aperturasının çempionu oldu
Argentinada Apertura Liqanın yeni çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, öz meydanında 3-cü pillədə qərarlaşan `Arsenal Sarandi`ni qəbul edən və 2 cavabsız qolla qalib gələn `Estudiantes` Aperturanın qalibi adını qazanıb.
Son turun digər əhəmiyyətli oyununda `Velez` səfərdə `Racing` üzərində eynihesablı qələbəyə sevinsə də, `Estudiantes`dən 2 xal geri qalıb. Qeyd edək ki, `Estudiantes`in heyətində dünya futboluna daha yaxşı tanış olan Argentina millisinin təcrübəli futbolçularından Xuan Sebastyan Veron çıxış edir.
