13 dekabr 2010 14:40
Branimir Subaşiç də millinin heyətindən kənar qaldı
Azərbaycan milli komandasının daha bir üzvü bu gün başlayan təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, zədəli olduğu üçün Branimir Subaşiç də əsas komandamızın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, bu günkü hazırlıqlarda daha öncə Aqil Nəbiyev və Amit Quluzadənin eyni səbəbdən millinin hazırlığından kənarda qaldığı haqda rəsmi açıqlama verilmişdi. Xatırladaq ki, millinin toplanışı dekabrın 16-da yekunlaşacaq. Komandamızın düşərgəsindən kənar qalan futbolçuların yeniləriylə əvəz olunub-olunmayacağı bilinmir. `Qəbələ`nin şərəfini qoruyan Subaşiçə gəlincə, o, hələ Çernoqoriya millisiylə oyun ərəfəsində də baş məşqçi Berti Foqts tərəfindən dəvət almasına rəğmən, zədə səbəbindən əsas komandanın düşərgəsinə gedə bilməmişdi.
