13 dekabr 2010 15:01

Respublika stadionunun rəhbərliyindən sərt addım

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda `Neftçi` və `Bakı` komandaları arasında keçirilmiş oyundan sonra baş verən xoşagəlməz olaylar Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyini ciddi tədbirlərə əl atmağa vadar edib. Azerisport.az xəbər verir ki, bu haqda lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Respublika stadionunda keçiriləcək bütün qarşılaşmalar zamanı mətbuat üçün sektora kənar şəxslər, paltardəyişmə otağının ətrafına isə klub mühafizəçiləri buraxılmayacaqlar. İsmayılov bildirib ki, gələn ildən bu məsələlərə ciddi yanaşılacaq: “Stadionumuzda keçirilən hər oyun vaxtı mətbuat üçün sektorları kənar şəxslər zəbt edirlər. Amma jurnalistlər ayaq üstə qalırlar. Artıq bu il keçdi, cəmi 3 tur qalıb. Nəzərdə tutduğumuz tədbirləri 2011-ci il fevralın 12-də arenamızda baş tutacaq `Bakı` – `Muğan` matçından etibarən həyata keçirəcəyik. Polislər jurnalist vəsiqəsi olmayan şəxsləri media-sektora buraxmayacaqlar. İstəyir lap futbolçu, futbol veteranı olsun. İstisna kimi AFFA nümayəndəsinə icazə verilə bilər. Qalanlar isə gedib azarkeşlər üçün sektorlarda otursunlar. Jurnalistlərin yerində bir nəfər də kənar adam oturmayacaq”.
 
`Neftçi` – `Bakı` qarşılaşmasından sonra yaşananları görmədiyini deyən stadion direktoru həmin vaxt qarşı tərəfdəki VİP-lojada olduğunu bildirib. Olaylardan xəbər tutduqdan sonra İsmayılov qalmaqal iştirakçılarının stadionu tərk etmələrini tələb edib: “Klub mühafizəçiləri bilməlidirlər ki, polislər onları paltardəyişmə otağının qarşısına dava salmaq üçün buraxmayıblar. Əgər belə fikirləri varsa, stadionumuz dava-dalaş məkanı deyil. Getsinlər, haqq-hesablarını başqa yerdə çürütsünlər! Gələn ildən onların da paltardəyişmə otağı qarşısına buraxılmasına icazə verilməyəcək”.
 
Qeyd edək ki, `Neftçi` – `Bakı` matçından sonra iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. İnsidentə klub rəsmiləri və mühafizəçiləri də müdaxilə edib. Nəticədə `Bakı`nın afrikalı legioneri İbrahim Karqbo döyülərək təhqir edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.