13 dekabr 2010 15:14
Azərbaycan çempionu üçün “Birlik Kuboku” öncəsi 4 sınaq matçı
Futbol üzrə son Azərbaycan çempionatının qalibi olan `İnter` gələn ilin yanvar ayında keçiriləcək “Birlik Kuboku”na hazırlaşacağı məkanı müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, “bankirlər” ənənəvi turnirə Türkiyədə hazırlaşacaq.
Paytaxt klubunun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, komanda Premyer Liqadakı son oyununun (evdə `Gəncə` ilə) ardından dərhal sonra, yəni dekabrın 23-də istirahətə buraxılacaq. Yanvarın 3-də isə bakılılar təlim-məşq toplanışı keçiriləcək Antalyanın Bələk mahalında toplaşaçaq. Təlim-məşq toplanışı zamanı komandanın 4 yoldaşlıq oyunu keçirməsi planlaşdırılır. Lakin yanvarın 7, 9, 11 və 12-də baş tutacaq oyunlarda rəqiblərin hansı komandalar olacağı dəqiqləşdirilməyib. Məhz son yoldaşlıq görüşünün səhəri - yanvarın 13-də `İnter` Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq. Hansı ki, “Birlik Kuboku” da məhz yanvarın 14-dən 23-dək məhz bu şəhərdə keçiriləcək.
