13 dekabr 2010 15:27
Cilardinyo və Lempard `Zenit`də
Rusiya çempionu artıq yeni mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, yaxınlarda başa çatan Rusiya Premyer Liqasının qalibi adını qazanan son çempion kifayət qədər iddialı görünə biləcək transferlər həyata keçirməyə hazırlaşır.
Məsələ burasındadır ki, `Zenit` İtaliya millisinin və `Fiorentina` klubunun hücumçusu Alberto Cilardinyo, eləcə də İngiltərə yığmasının və `Chelsea` klubunun yarımmüdafiəçisi Frenk Lemparda elçi düşüb. Rusiya mətbuatının iddiasına görə, Sankt-Peterburq klubunun rəhbərliyi italiyalı üçün 14 milyon, Lempard üçünsə 9 milyon avrosundan keçməyə hazırdır.
