13 dekabr 2010 16:02

Tuyqun Nadirov: `Neftçi` heç də ən prinsipial rəqibimiz deyil

`Xəzər Lənkəran`ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində Premyer Liqadakı liderliklərindən, hakim səhvlərindən, eləcə də Rumıniya mətbuatının yazdıqlarından danışıb.
 
- `Xəzər Lənkəran` turnir cədvəlində liderliyi ələ keçirdi. Çoxmu gözləmişdiniz bunu?
- Təbii ki, biz birinci pilləyə yüksəldiyimizə görə sevincliyik. Ancaq bu hələlik göstərici deyil. Çünki heç çempionatın yarısına belə gəlməmişik. Qarşıda hələ çox oyunlarımız var. Ancaq görünən odu ki, üç lider komanda artıq “altılığ”a düşməyi özləri üçün təmin edib. Qalanları isə mübarizəni davam etdirir. Bu, bir qədər ajiotaj doğurur, marağı artırır. Digər tərəfdən bu, futboldur, qələbə də ola bilər, heç-heçə də, məğlubiyyət də.
 
- Ən prinsipial rəqiblərinizdən birini arxada qoyduğunuza görə hansı hisslər keçirirsiz?
- `Neftçi` heç də ən prinsipial rəqibimiz deyil. Meydanda hər bir komanda `Xəzər Lənkəran`a qarşı güclü motivasiya ilə oynayırlar. Onlar bizimlə oynadıqları kimi, heç kimlə oynamırlar. Bunu da başa düşmək olar. Komanda, futbolçular özlərini azarkeşlər qarşısında göstərməyə çalışırlar. Təbii ki, 500 azarkeş qarşısında oynamaqla Lənkərandakı kimi 10 minlik tamaşaçının gözü önündə çızış etmək tam fərqli olur. İstənilən oyunçu hökmən nəsə qəhrəmanlıq etməyə çalışır. Adicə `Gəncə` ilə son oyunumuzda arenanın 80 faizi dolmuşdu. Halbuki biz “altılığ”a belə düşə bilməyən bir komandayla oynayırdıq.
 
- `Neftçi` birinci pillədə olanda güclü təzyiq altında idi. XL da bu təzyiqlərə hazırdırmı?
- Bilirsiz ki, komandamız sabit oyun sərgiləyir. Prezidentimiz kluba elə bir məşqçi gətirib ki, hazırda ondan heç bir narazılığımız yoxdur. Biz tənqidləri də normal qarşılayırıq. Ən önəmli olan odu ki, hakim səhvləri olmasın. Yeri gəlmişkən, hakimlər var ki, 3-4 ildi bu sahədə özünü sübut etməsinə rəğmən, indiki oyunların tempinə davam gətirə bilmirlər. Onların səhvləri də məhz fiziki cəhətdən çatdıra bilməməklərindən irəli gəlir. Əgər onlar vaxtilə 3-4 epizodu görə bilmirdilərsə, indi 90 dəqiqə ərzində 100 belə məqam olur. Bu şəxsən mənim qənaətimdi.
 
- Klubunuz hakim səhvlərindən ehtiyatlanır?
- Düşünmürəm ki, belə səhvlər bizə ciddi problemlər yaratsın. Ancaq təklifim odur ki, daha prinsipial qarşılaşmalara türkiyəli hakimləri dəvət etmək olar. Onlarla bizim dil baxımından da problemlərimiz olar.
 
- Komandanızın qalan oyunları haqda nə düşünürsüz?
- Bizim çətin qrafikimiz var. Xüsusilə də qış fasiləsindən sonra. Ancaq fasiləyə kimi də `Qarabağ`la qarşılaşmalıyıq.
 
- `Neftçi` ilə oyuna kimi ilk pillədəki mövqeyinizi qoruyub saxlaya biləcəksinizmi?
- Bu oyuna kimi qış fasiləsi olacaq. Bu dövr ərzində komandaların heyətində dəyişikliklər, yeniliklər olacaq. Düşünürəm ki, hər şey yaxşı olacaq.
 
- Mirça Rednik deyib ki, Rumıniyada 5 futbolçu gətirmək istəyir. Rumınların yazdığına görə...
- Onların nə yazdığını heç müzakirə etmək istəmirəm. Rumıniya mətbuatı mənim də adımdan yalanlar uydurub, yazmışdı. Heç bir futbolçu və məşqçi klub rəhbərliyinin icazəsi olmadan danışa bilməz. Odu ki, onların dediklərinə inanmayın. Biz transfer çalışmalarına qarşıdakı 2 oyundan sonra başlayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.