13 dekabr 2010 16:22
Berti Foqtsun 2010-cu ildə son mətbuat konfransı
Dekabrın 15-də, saat 09:40-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin gün saat 12:00-da isə, Aeroport oteldə millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.
Yeri gəlmişkən qeyd edək ki, mətbuat nümayəndələrinin qeyd olunan tədbirlərdə iştirakına rahat şərait yaratmaq məqsədilə AFFA tərəfindən avtomobil ayrılacaq. Dekabrın 14-də saat 09:00-dan 18:00-a qədər qeydiyyatdan keçən jurnalistlər, dekabrın 15-də, saat 09:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək avtomobillə əvvəlcə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna, sonra isə Aeroport otelə gedə bilərlər.
