13 dekabr 2010 16:36
PFL Premyer Liqanın təqvimində daha bir dəyişiklik etdi
`Qəbələ` və `Bakı` klublarının PFL-ə ünvanladığı məktubda qarşıdan gələn bayramlarla əlaqədar olaraq Premyer Liqanın 19-cu turunun `Qəbələ` - `Bakı` qarşılaşmasının vaxtının dəyişdirilməsi xahiş olunub. Azerisport.az xəbər verir ki, məhz bu səbəbdən də hər iki klubun qarşılıqlı razılıq məktubuna əsaslanaraq PFL prezidenti Ramin Musayev həmin oyunun 25 dekabr tarixindən 23 dekabra keçirilməsi haqda əmr imzalayıb.
Qeyd edək ki, 19-cu turun digər bütün oyunları məhz klubların xahişi ilə dekabrın 23-nə çəkilmişdi. Yalnız `Bakı` və `Qəbələ` klublarının qarşılaşması haqda dəyişiklik yox idi ki, bu da gerçəkləşdi.
