13 dekabr 2010 20:25
Millimiz Qətərlə oyunda hesabı açsa da, məğlub oldu (YENİLƏNİB)
Bu gün Bakı vaxtı ilə saat 18:30-da (öncədən 18:15-ə təyin olunsa da, son anda start fitinin 15 dəqiqə gec çalınmasına qərar verilib) 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qətərin U-23 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, oyunda hesabı ilk dəqiqələrdən irəli atılan komandamızın üzv Ruslan Qurbanov açsa da, fasilədən sonra qətərli futbolçular bərabərlik qolunu vurub. Qarşılaşmanın son dəqiqələrində isə rəqib yığmamızın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək qələbə qazanıb.
Yoldaşlıq oyunu
13 dekabr
18:30. Qətər (U-23) – Azərbaycan – (U-21) - 2:1 (0:1)
Azərbacan: 12. Osman Umarov, 2. Qara Qarayev, 4. Rüstəm Abbasov, 5. Tərlan Quliyev, 7. Ruslan Qurbanov, 8. Emin Mustafayev (k), 9. Tural İsgəndərov, 10. Eşqin Quliyev, 17. Emin Cəfərquliyev, 19. Mirhüseyn Seyidov, 21. Murad Səttarlı.
