13 dekabr 2010 17:12
`Anji`dən Mahir Şükürova təbrik
Yığmamızın üzvü Mahir Şükürov şərəfini qoruduğu Rusiyanın `Anji` klubu tərəfindən təkrib edilib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu rəsmi saytı vasitəsilə 28 yaşını qeyd edən həmyerlimizə təbriklərini çatdırıb.
Qeyd edək ki, hazırda komanda yoldaşları kimi istirahətdə olan Şükürovun `Anji`ylə uzunmüddətli müqaviləsi var və böyük ehtimalla elə yeni mövsümdə də bu komandada qalacaq.
